23:24
Dədə Qorqud (1975) DVDRip

Dədə Qorqud (1975) Azerbaycan Filmi izlə 

Original adı: Дəдə Горгуд
Janr: Dram, döyüş, melodram.
Ölkə: Azərbaycan.
Rejissor: Tofiq Tağızadə.
Ssenari: Anar.
Operator: Rasim İsmayılov.
Rəssam: Nadir Zeynalov.
Bəstəkar: Emin Sabitoğlu.
Montaj: Tamara Nərimanbəyova. 

Rollarda: Həsən Məmmədov (Dədə Qorqud), Həşim Qadoyev (Qazan), Rasim Balayev (Beyrək), Givi Toxadze (Alp Aruz), Hamlet Qurbanov (Qıpçaq Məlik), Leyla Şıxlinskaya (Banıçiçək), Şəfiqə Məmmədova (Burla xatun), İnarə Quliyeva (Selcan), Elçin Məmmədov (Qaraca çoban), Fərhad Yusifov (Tural), Dinarə Yusifova (Günel)

Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır.

Dədə Qorqud(Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır.

Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz".

Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur.

Категория: Азербайджанские фильмы | Просмотров: 2413 | Добавил: Azerifan | Теги: художественный | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]