14:58
Ümid / Надежда (1995)

Azərbaycan torpağında, Qarabağda müharibə gedir. Bu müharibədə öz Vətənini erməni işğalçılarından müdafiə etməyə getmiş xalqımızın ən yaxşı oğulları şikəst olur, həlak olur, itkin düşürlər...

Adı bəlli olmayan adi bir əsgərin qəhrəmanlıq rəmzinə çevrilməsi filmin əsas süjet xəttini təşkil edir. Filmdə o adamlardan bəhs olunur ki, müharibə onların taleyini şikəst edib. Filmdəki hadisələr cəbhə xəttində deyil, Bakıda hərbi xəstəxanada bir sutka ərzində cərəyan edir. Müəlliflər burada mənəvi problemlərə toxunmuşlar. Filmin adından da göründüyü kimi, müəlliflər demək istəmişlər ki, xalq başının üstünü almış bəlalardan qurtarmaq üçün özündə qüvvə tapacaq, hər cür çətinlikləri dəf edəcəkdir.

 

Категория: Азербайджанские фильмы | Просмотров: 1422 | Добавил: Azerifan | Теги: драма | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]